Müdafiə Nazirliyi Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı brifinq keçirir.
Nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib: “Qəfil hərbi əməliyyatlara başlanılıb. Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.
O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.