“Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti təlim təşkil etmişdir.
Təlim Sumqayıt şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdlərinə keçirilib. 29 şagirdin iştirak etdiyi təlimi təlimi “Karyera Bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev keçib. Təlimdə şagirdlərə düzgün peşə seçiminin önəmi, insan həyatında işin rolu, peşə seçimində özünü tanıma faktoru, peşələr və xüsusiyyətləri, gələcəkdə daha çox tələbatın olacağı peşələr, düzgün peşə seçiminə təsir edən amillər, peşə hazırlığı, peşəyə necə yiyələnməli, universitet seçimi haqqında ətraflı məlumat verilmişdir. Təlim zamanı peşə yönümünün müəyyənləşdirilməsi üçün aparılan psixoloji test şagirdlər tərəfindən maraqla qarşılanmışdır.
Təlimdə peşələr və xüsusiyyətləri ilə bağlı da müzakirələr aparılmış və peşə seçimi ilə bağlı tövsüyələr verilmişdir. Təlim şagirdlər tərəfindən müsbət qarşılanmış və təklif olunmuşdur ki, bu cür təlimlər məktəbdə tez –tez təkil olunsun.
Qeyd edək ki, “Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində Sumqayıt şəhərinin 16 orta ümumtəhsil məktəblərinə yuxarı sinif şagirdləri üçün 16 təlim keçiriləcək, layihənin nəticələri haqqında Sumqayıt Təhsil şöbəsində müzakirə aparılacaq. Layihənin icra müddəti 4 aydır.