“Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntının müşahidə ediləcəyi, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi gözlənilir”.
Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, temperatur rejimi aşağı olacaq, Bakıda 5-7 dərəcə intervalında dəyişəcək:
“Dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yağıntılar dağlıq və dağətəyi rayonlarda qar şəklində müşahidə ediləcək. Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”.