Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü

2496

Bu gün Kürdəmir rayonunda baş verən dəhşətli qəzada vəfat edən və yaralanan şəxslər elə dünən başqa bir qəzada vəfat edən şəxsin dəfninə gedirlərmiş.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Kürdəmir rayonunda “Mercedes”lə “Nissan”ın toqquşduğu qəzada vəfat edənlər onun ailə üzvləri olub. Belə ki, “Mercedes”in sürücüsü Kərimov Abbas Kərim oğlunun qardaşı Camal Kərimov dünən avtoqəzada vəfat edib. Dünən gecə saatlarında İmişli rayonunda “Kamaz” və Qazel” toqquşub, nəticədə “Qazel”in sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlu vəfat edib. Maşın sıxıldığı üçün onun meyiti maşının doğranması nəticəsində çıxarılıb.

Bugünkü qəzada vəfat edən 54 yaşlı Mehparə Kərimova və 46 yaşlı Aygün Kərimova mərhum Camal Kərimovun bacıları, 12 yaşlı Qorxmaz Kərimov isə Abbas Kərimovun oğludur.

Sürücü Abbas Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, “Nissan” markalı avtomobilin sürücüsü Ceyhun Piriyevin 2 yaşlı oğlu Sabir Piriyev də vəfat edib.

Xəstəxanadan “Qafqazinfo”ya bildirilib ki, xəsarət alanlardan biri Bakıya göndərilib, digər 3 nəfərin vəziyyəti ağırdır. Ümumi olaraq qəzada 7 nəfər xəsarət alıb.

Murad Əhməd

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər