QHT Ədliyyə Nazirliyini Avropa Məhkəməsinə verdi

842

Təşkilatın rəhbərliyi pozulmuş hüquqların bərpasını istəyir

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyi (SGHMİB) Ədliyyə Nazirliyini Avropa İnsan Haqları Məhkəməsinə verdi. Müraciətin səbəbi QHT-nin uzun illər dövlət qeydiyyatına alınmaması ilə bağlı vəzifəli şəxsin cəzalandırılması və zərərçəkən tərəfin 20 min manat məbləğində təzminat ödəməsi barədə iddiasının yerli məhkəmələrdə təmin olunmamasıdır. Bütün bunlarla bağlı təşkilat pozulmuş hüquqlarının bərpasını istəyir.

Sonuncu dəfə 2009-cu ilin iyun ayının 16-da Azərbaycan Respublikası Ali Məhkəməsində Hakim Ə.Əlievin sədrliyilə keçən məhkəmə iclasında təşkilatın Ədliyyə Nazirliyinə qarşı kassasiya şikayətinə baxılıb. İddiaçı tərəf Apellyasiya Məhkəməsinin 13 iyul 2007-ci il tarixli qərardadının ləğv edilərək “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyinin dövlət qeydiyyatına alınmaması ilə bağlı vəzifəli şəxsin cəzalandırılması və zərərçəkən tərəfin 20 min manat məbləğində təzminat ödəməsi barədə iddianın təmin olunmasını irəli sürüb. Ali Məhkəmə SGHMİB-nin hər iki iddasının təmin olunması üçün ciddi əsasların olmaması və iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olmaması barədə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, SGHMİB dövlət qeydiyyatına alınmaq xahişilə 7 il mütəmadi olaraq Ədliyyə Nazirliyinə müraciət etsə də təşkilatın qeydiyyata alınması məsələsi həllini tapmayıb. Nəticədə adıçəkilən birlik məhkəməyə müraciət edib. 2008-ci il fevral ayının 2-də Yasamal Rayon Məhkəməsi SGHMİB-nin iddiasını qismən təmin edərək təşkilatın dövlət qeydiyyatına alınması barədə qərar çıxarıb. Lakin məhkəmə iddianın digər hissəsini-hərəkətsizliyə yol verdiyinə görə vəzifəli şəxsin cəzalandırılması və zərərçəkən tərəfə 20 min manat məbləğində təzminat ödənilməsi barədə iddianı təmin etməyib. Bundan sonra SGHMİB hüquqi mübarizəni digər məhəkəmə instansiyalarında davam etdirib. Apellyasiya Məhkəməsi yerli məhkəmənin qərarını qüvvədə saxladığından SGHMİB kasassiya şikayətilə Ali Məhkəməyə müraciət etmişdi.

Buna münasibət bildirən SGHMİB-nin prezidenti Elçin Məmməd Avropa İnsan Haqları Məhkəməsində pozulmuş hüquqlarının bərpasına nail olacaqlarından əminliyini ifadə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər