QHT fəalları üçün növbəti seminar keçirilib

853

Oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon şöbəsində “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin (VMİB) təşkilatçılığı ilə  “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində yerli QHT fəalları üçün növbəti seminar keçirilib.

Qeyd edək ki, bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllinə cəmiyyətin dəstəyinə nail olmaqdır.

Keçirilən seminarda yerli QHT və media təmsilçiləri, ictimaiyyətin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

VMİB-nin sədri Emin Xanlarov çıxış edərək tədbir iştirakçılarına həyata keçirdiyi layihə çərçivəsində görülən işlərə dair geniş məlumat verib.  O, çıxışında fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirilmələri və həmin potensialı bu və ya digər fəaliyyət sahəsində gerçəkləşdirmək, beləliklə də, öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmək üçün şəraitin yaradılması günümüzün vacib məsələlərindən biridir. E.Xanlarov qeyd edib ki,  bununla bağlı olaraq, müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılıb və bu işdə VMİB fəal iştirak edir.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndər Mustafayev tədbirdə çıxış edərək sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərin problemlərin həlli istiqamətində son illərdə görülən işlər, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Beynəlxalq Konvensiya”nın ratifikasiyasından sonra ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər barədə ətraflı məlumat verib.

Tədbirdə Yasamal rayon Çernobıl əlillər İttifaqının, UAFA təşkilatı, Müharibə və Əmək veteranları Ağsaqqallar Şurasının, Yasamal rayon Əlillər təşkilatının, Böyük Vətən Müharibəsi Veteranları Təşkilatının,  Yasamal rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin və s. QHT liderləri və fəalları iştirak edirdi.

QHT liderləri də tədbirdə fəal iştirak edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini rastlaşdıqları problemlər və onların həlli ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda iştirakçılarının mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb və onlara mövzu ilə bağlı maariflənddırici vəsaitlər təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər