Qış mövsümünə hazırlıq məsələləri müzakirə olundu

1032

Dekabrın 4-də Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə Sumqayıtın 2010-2011-ci il qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirə keçirilib.

Tədbirdə çıxış edən şəhər rəhbəri qarşıdan gələn qış aylarında şəhər təsərrüfatının bütün xidmətlərinin hazırlıq səviyyəsinin yüksək olması, tədricən kəskinləşən hava şəraitinin sakinlərin gündəlik həyatına, nəqliyyatın hərəkətinə təsirinin minimuma endirilməsi ilə əlaqədar öz tapşırıqlarını verib. Müşavirədə elektrik enerjisi təsərrüfatının rəhbəri S.Balaşov, Sumqayıt Qaz İstismar sahəsinin baş mühəndisi T.Balıyev, Sumqayıt şəhər Təmizlik Departamentinin baş direktoru R.Mustafayev çıxış edərək müvafiq sahələrin qış mövsümünə hazırlığı barədə məlumat veriblər.

Şəhər fəallarının yığıncağında həmçinin Sumqayıt şəhərindən Milli Məclisə seçilmiş deputatların – 41 saylı dairədən Leyla Abdullayeva, 42 saylı dairədən Musa Qasımlı, 43 saylı dairədən Muxtar Babayev və 44 saylı dairədən Hacı Salayevin şəhər fəallarına təqdimatı olub, şəhər İcra hakimiyyətinin başçısı tərəfindən onlara Sumqayıt kitabı hədiyyə edilib. Millət vəkilləri çıxış edərək seçiciləri ilə görüşlərdə qaldırılmış məsələlərin həllində yaxından iştirak edəcəklərini, sumqayıtlıların qayğı və problemlərini parlament kürsüsündən səsləndirəcəklərini bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Irada
    Dekabr 7, 2010 - 12:25

    İstəmiyənin gözü çıxsın nə deyək ki təki hazır olsunlar.Amma görəcəyik də necə hazırdırlarsa.Şəhər rəhbəri əlbəttə öz vəzifəsini yerinə yetirib “quruca” tapşırıq verə bilər.gəl gör ki o tapşırıqlar yerinə yetirilirmi…..?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər