Qışda kökəlməmək üçün bunları edin – Tövsiyə

1198

Soyuq qış günlərində vaxtınızın çoxunu evdə keçirir və yemək yeməyə daha həvəsli olursunuz. Bu günlərdə iştahanız artdığı üçün artıq çəkilər qazanırsınız. Ancaq qışda kökəlməmək üçün bəzi tövsiyələrə əməl etməniz yetərlidir.

Səhər yeməyini yaddan çıxarmayın: Səhər yeməyini yeməyənlərin yeyənlərdən fərqli olaraq gündəlik qəbul etdiyi kalori miqdarı daha çoxdur. Gün boyunca enerjili, xoşbəxt və tox hissetmənin ən əsas təməli isə səhər yeməyidir.

Maye qəbul etməyi unutmayın: Su və bitki çayları kimi mayelər qəbul edildiyində sadəcə maddələr mübadiləsi sürətlənmir. Araşdırmalar onu ortaya çıxarıb ki, az maye qəbul edənlər daha çox aclıq hissi çəkirlər. Bəzi insanlar isə beyindən gələn aclıq və susuzluq siqnallarını isə qarışdırır. Buna görə ac olduğunuzu düşündüyünüzdə əvvəlcə su için.

Hər yeməkdə protein qəbul edin: Proteinli qidalar həzmi boyunca maddələr mübadiləsini sürətləndirir, həm də daha uzun müddət tox saxlayır. Hər əsas yeməkdə süd məhsulları, ət, toyuq, balıq kimi heyvan mənşəli qidalar yeyin.

Şorba için: Yeməkdə şorba içənlərin uzun müddət tox qaldıqları və yeməyənlərdən fərqli olaraq təxminən 100 kalori az yeməyə meylli olduqları deyilir. Az yağlı və bol tərəvəzli şorba əlavə edin.

Omega 3-lə zəngin qidalanın: Omega 3 yağ turşuları depressiyaya faydalıdır və daha xoşbəxt hiss etmənizə yardımçı olur. Beləcə, daha çox xoşbəxt olmaq üçün artıq karbohidrata ehtiyac duyuruq. Bu yağların ən keyfiyyətli qaynağı balıqdır. Quru çərəzlər, kətan toxumu, Chia toxumu, semizotu kimi qidalarda bitki mənşəli Omega 3 var.

Təbii iştaha kəsicilərdən yararlanın:

Avokado: Avokado sağlam yağ tərkibi ilə toxluq hissini uzadır. Salatlara əlavə etməklə yanaşı krakerlərlə də yeyə bilərsiniz. Kalorisi yüksək olduğu üçün yarım avokadodan çox yeməyin.

Yumurta: Yüksək protein tərkibli ilə həzm sistemi uzun olan yumurta uzun müddət tox tutur.

Şirin kartof: Şirin kartofun tərkibində olan nişasta növü uzun müddət toxluq hissi verir. Həmçinin A və C vitamin qaynağıdır.

Toz, ya da pul qırmızı bibər: Yarım çay qaşığı pulbibər o anda maddələr mübadiləsini 10 kalori qədər sürətləndirməklə yanaşı, sonrakı yemək saatlarında 60 kalori daha az qəbul etmənizi təmin edir.

Badam: Uzun müddət tox saxlayır.

Hərəkət etməyin yollarını tapın

Fiziki aktivliyin artırılması da şərtdir. Əgər bayıra çox çıxmırsınızsa, evdə də kalori yandıra bilərsiniz. 15 dəqiqə ev təmizləyərək 80, 15 dəqiqə qab yuyaraq 30 kalori yandırmaq mümkündür. Həm də evdə 1 saat yoqa etmək 240 kalori yandırır.(milli.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər