“Ölkə.Az” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin edilib.
İttihama görə, ötən il dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayonunun ərazisində şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Ağayeva ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.
Qadının bədənində 40-a yaxın bıçaq xəsarəti aşkar edilib. Yetirilən xəsarətlərin çoxu qadının boğaz və baş nahiyyələrində aşkar olunub.
Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Yaqub Ağayev saxlanılıb.
İstintaqın versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində, ailəsinin “şərəf və ləyaqətini qorumaq” məqsədilə öldürüb.
İstintaq orqanı tərəfindən Yaqub Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.