Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhərinin balaca sakinlərini təbrik etdi

1222

Dekabr ayının 29-da QAC Katibliyi və Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə “Kimyaçı-3”icma mərkəzində tədbir təşkil etmişdir. Tədbirdə əsasən əlil və aztəminatlı ailələrdən olan uşaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq icmanın balaca sakinlərini salamlamış və qarşıdan gələn iki əlamətdar bayram münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir. Daha sonra QAC Katibliyinin Gənclər şöbəsinin müdiri, icraçı katibinin müavini Xalidə İsgəndərova və digər qonaqlar tədbir iştirakçılarını bu təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri uşaqlara birlikdə müxtəlif oyunlar keçirmiş, rəqslər etmişlər. Balaca dostlar da həmçinin öz məharətlərini göstərmişlər. Beləki balaca dostlarımız müxtəlif, maraqlı səhnəciklərlə, söylədikləri bayram şeirləri, rəngarəng rəqslərlə onları təbrikə gəlmiş qonaqlara minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda iştirakçılara Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən hədiyyələr paylanılmışdır. Sonda icmanın rəhbəri Solmaz xanım  çıxış edərək Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına və könüllü heyətinin daima onlara göstərdikləri qayğıdan razı qaldıqlarını söyləmiş, onlara öz minnətdarlığını bildirmiş, Yeni il münasibəti ilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır. Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər