QLOBAL İQTİSADİ BOHRANIN QLOBAL VƏ MİLLİ FƏSADLARI

1204

kenan aslanliBohranın humanitar və ekoloji dağıntıları altından xəbərlər

Kənan Aslanlı
İnkişaf etmiş və inkişaf etməkdə olan olkələrdə yığımların investisiyaları ustələməsi, maliyyə tənzimlənməsi sistemində movcud olan catışmazlıqlar, yuksək kredit asılılıqlı maliyyə institutlarının (highly-leveraged financial institutions) rolunun daha da artması nəticəsində daha da kəskin xarakter alan qlobal iqtisadi bohranın birinci dalğasının aktiv fazası artıq arxada qalmışdır. Hazırki mərhələdə artıq əminliklə demək olar ki, qlobal iqtisadi bohrandan daha acınacaqlı formada zərər cəkənlər məhz bu bohranda ən az gunahı olan yoxsul insanlar olmuşdur. Təqribi qiymətləndirmələrə gorə 2009-cu ildə qlobal iqtisadi artımın zəifləməsi səbəbindən 53 milyon insan kəskin yoxsulluq həddinə duşməkdədir, eyni zamanda da yoxsul ailələrdə uşaq olumunun 200.000 ilə 400.000 arasında dəyişəcəyi gozlənilir. Kriminal fəaliyyətlərdən qazanılan, korrupsiya mənşəli və vergidən yayınma ilə qazanılaraq olkələrarası sərhədlərdə dovr edən vəsaitlərin illik məbləği 1-1.6 trilyon dollardır ki, bunun da yarısı inkişaf etməkdə olan və tranzitiv olkələrin payına duşur. 4 milyarddan cox insanın təhsil, kapital, texnologiya və inteqrasiya ilə bağlı problem yaşadığı dunyamızda yoxsul təbəqələrin qidaya, yanacağa və maliyyəyə cıxışının genişləndirilməsi ilə bağlı G20 olkələrinin yazılı ohdəliklərinin yerinə yetirilməsinə ciddi ehtiyac duyulur.
Humanitar yardımların məbləğində fluktuallığın artması ilə paralel olaraq ekoloji katastrofların qarşısını almağa yonələn proqram və təşəbbuslərdə də ləngimələr indiki mərhələdə qacılmazdır. Belə ki, bohran bir sıra xərclərə olduğu kimi, ətraf muhitin qorunması proqramlarına cəkilən xərclərin maliyyələşməsinə də neqativ təsir gostərmişdir. Resursla zəngin olkələr ətraf muhit məsələlərinə qarşı daha həssas olmalıdırlar. Cunki onların iqtisadiyyatının əsasını təşkil edən təbii ehtiyatlar ətraf muhit faktorlarından daha cox asılı olur. İndi isə xususən inkişaf etməkdə olan olkələrdə enerji effektivliyinin artırılması, alternativ enerjinin tətbiqinə yonələn layihələrin icrasına texniki və maliyyə dəstəyi gucləndirilməlidir.
İqtisadi bohranın kicik və orta sahibkarlığa təsiri və ya “coxdan cox, azdan az gedər” prinsipi nə dərəcədə doğrudur?
Geniş kapital bazasına malik olmayan və milyonlarla ailələrin fərdi gəlir mənbəyi olan kicik və orta sahibkarlıqda bohrandan ciddi itgilərlə cıxdı. Krizis dovrundə kicik və orta sahibkarlığın xususi həssaslıq dərəcəsinin artmasının aşağıdakı səbəbləri var:
1. Onlar miqyaslarının kicik olması səbəbindən daha artıq kicilməyə gedə bilmirlər;
2. Onlar fəaliyyətlərinin individual olaraq diversifikasiyalaşdıra bilmirlər;
3. Onlar daha zəif maliyyə strukturuna və kapitallaşmağa malikdirlər;
4. Onlar aşağı və ya sıfır dərəcəli kredit reytinqinə malikdirlər;
5. Onlar kreditlərdən həddən artıq asılıdırlar;
6. Onlar cəmi bir necə maliyyə opsionlarına malikdirlər.
Butovlukdə kicik və orta muəssisələr (KOM) inkişaf səviyyəsində asılı olmayaraq butun iqtisadiyyatlar ucun xususi onəm daşıyır. Avropa Birliyi ərazisində qeydiyyatdan kecən butun muəssisələrin 99%-i kicik və orta muəssisələrdir. Bunlarında 91%-də işcilərinin sayı 10 nəfərdən az olan mikro firmalardır. AB ərazisində orta hesabla əhalinin 1000 nəfərinə 40 KOM, Azərbaycanda isə 7 KOM duşur. Krizis dovrundə debitor borclarının odənməsindəki ləngimələr və artan odəniş qabiliyyətsizliyi (muflisləşmə) dərəcəsi KOM-ların maliyyə resurslarına cıxışını cətinləşdirən faktorlardır.

2

Nəzərə almaq lazımdır ki, KOM-ların ən muhum maliyyələşmə mənbəyi xususi kapital və bank kreditləridir. Kreditlərə cıxışın cətinləşməsi KOM-ları rezervlərin mobilizasiyası, ozunumaliyyələşdirmə, faktorinq kimi alternativ maliyyələşdirmə mənbələrinin tətbiqinə ciddi şəkildə vadar etdi.
Muxtəlif olkələrin antibohran tədbirlər paketində KOM-lara vergi guzəştləri, eksport kreditləri və sığortalama xərclərinin kompensasiyası, borcların ləngidilməsi kimi tədbirlər yer alır. Yaponiyada hokumət korporativ vergini novbəti iki il ucun illik gəlirləri 61 min avroya qədər (8 milyon yen) olan KOM-lar ucun 22%-dən 18%-ə qədər endirdi. Niderlandda 200.000 avroya qədər olan dovriyyələr ucun olan vergi kateqoriyasının dərəcəsi 2009 və 2010-cu illər ucun 23%-dən 20%-ə duşdu. Eyni zamanda, Kanada, Cexiya, Fransa və İspaniyada isə ƏDV odənişlərinin dərhal və ya bir aydan sonra kompensasiyası tətbiq olunur. Azərbaycanda da biz bohran dovrundə hokumətin mənfəət vergisinin dərəcəsində və sadələşdirilmiş verginin vergitutma bazasında dəyişikliklər etdiyinin şahidi olduq. Həmcinin 2008-ci ildə sahibkarlığın inkişafına 88.8 mln. manat dovlət vəsaiti ayrılmışdır.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, butovlukdə qlobal iqtisadi bohran inkişaf etmiş G20 olkələrinə UDM-lərinin az qala ucdə biri dəyərində başa gəlib. Onların kapital bazarına birbaşa mudaxilə, zərərli aktivlərin alınması, əlavə likvidlik təminatı, borclanmalar və zəmanətlər şəklindəki anti-bohran tədbirlərinin icrasında artıq muhum məsafə qət edilmişdir.
Bəs Azərbaycan iqtisadiyyatının durumu nədir?
İndi isə qlobal və regional qiymətləndirmədən olkə səviyyəsinə kecək. Qlobal iqtisadi bohranın Azərbaycan iqtisadiyyatına təsirinin səngidiyini də demək doğru olmazdı. Kecən ilin ilk 9 ayının UDM uzrə orta boyuməsi (bir il əvvələ nəzərən) 14% təşkil edir. Kicilmə məhz bu 9 aydan sonra başlayir. Əgər eyni templərlə boyumə olsa idi, 2008-ci ilin 3-cu rubunun qiymətləri ilə 2009-cu ilin 3-cu rubunun UDM-i nə qədər olmalı idi? 2008-ci ilin 3-cu rubundə UDM olkədə 30,370 mlrd. manat idi. Deməli o miqyasla cari dovrdə UDM 34,74 mlrd. manat olmali idi. Ancaq faktiki UDM 23,427 mlrd. manat. olmuşdur. Bu zaman UDM deflyatorunu da nəzərə almaq lazımdır. 2009-cu ilin 3-cu rubundə real iqtisadi artım 6.1%-dir. Demək 2008-ci ilin rəqəmləri ilə 32,22 mlrd. manat real UDM istehsal olunub. Aradaki fərq (34,74 mlrd. manat – 32,22 mlrd. manat) 2.52 mlrd manatdır. Beləliklə təqribən demək olar ki, bohran nəticəsində olkənin itkisi 2.5 mlrd manatlıq UDM-dir. Həmcinin 2010-cu ilin budcə zərfində gostərilir ki, 2012-ci ilə qədər olkədə UDM-in real artım tempi daha da azalaraq 1.9%-ə qədər duşə bilər. Bu dinamika azalması həm neft, həm də qeyri-neft sektorunda ozunu gostərəcək.
Həmcinin novbəti ilin dovlət budcəsinin gəlirlərində və xərclərində də azalma muşahidə ediləcək. 2010-cu il dovlət budcəsinin gəlirləri cari ilin təsdiqlənmiş budcə gəlirləri ilə muqayisədə 18,9% və ya 2 340 mln. manat azaldılaraq 10,015 mlrd. manat, xərcləri isə bu ilin təsdiqlənmiş budcəsi ilə muqayisədə 8,8 % və ya 1 091 mln. man. azaldılaraq 11,264 mlrd. manat məbləğində nəzərdə tutulub. Dovlət budcəsi kəsirinin yuxarı həddi 1 249 mlrd. man. və ya UDM-in 4% səviyyəsində muəyyənləşdirilmişdir.
2009-cu ildə dovlət budcəsinin icrasını şərtləndirən makro-iqtisadi şəraitin bir qədər gərginləşməsi, qlobal maliyyə bohranının iqtisadiyyata mənfi təsiri nəticəsində təsərrufat subyektlərinin maliyyə vəziyyətinin muəyyən qədər pisləşməsi 2010-cu il dovlət budcəsində indiyə qədər movcud olan artım tempinin zəifləməsi və gələn ilin budcəsinin bu ilki budcənin beşdə biri qədər azalması ilə nəticələnmişdir. Belə kəskin azalma əsasən 2 səbəblə, umumi konyukturun pisləşməsi (neft şirkətlərinin gəlirlərinin azalması, qeyri-neft sektorunda ziyanla işləyən muəssisələrin sayının artması, iş yerlərinin bağlanması tempinin yuksəlməsi) və novbəti ilin dovlət budcəsinin neftin 45 dollar səviyyəsində hesablanması ilə izah oluna bilər. 2010-cu ilin dovlət budcəsi xərclərindəki azalma 2009-cu ilin ilə muqayisədə 8,8% təşkil edəcək və ozunu əsasən sosial sahədə, kənd təsərrufatında, dovlət əsaslı vəsait qoyuluşunda, nəqliyyat və rabitədə, həmcinin ehtiyat fondlarında gostərəcək. Gələn ilin budcə gəlirlərində və xərclərində nəzərdə tutulan kəskin azalma yeni makro-iqtisadi şəraitin yaradılmasını şərtləndirəcək ki, bunun da nəticəsində maliyyə, investisiya, pul-kredit siyasətlərinə yenidən baxmaq və onların hər birini azalan budcə parametrlərinə uyğunlaşdırmağa ehtiyac yarana bilər.
Yazının hazırlanmasında OECD, IMF, G 20, Sahibkarlığa Komək Milli Fondu, Milli Bank, Milli Budcə Qrupunun məlumatlarından və digər bəzi onlayn materiallardan istifadə olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər