Alimlərin apardığı araşdırmalar bir daha sübut edir ki, beynin qocalması bütün orqanizmin qocalma prosesinin başlamasına birbaşa təsir edir: neyronların fəallığının azalması zaman keçdikcə hormonal prosesləri ləngidir, onlar isə öz növbəsində maddələr mübadiləsinə və hüceyrələrin yenilənməsi sürətinə təsir edir. Odur ki, beyin hüceyrələrinin “parçalanması”nı yavaşladan və ya tamamilə dayandıran mexanizm insanlığa əbədi gənclik bəxş edən “müqəddəs kasa” olacaq.
Tədqiqatçılar onun axtarışı üzərində çalışmağa davam etsin, biz isə bu müddətdə beyin qocalmasını sürətləndirən faktorları aradan qaldırmağı və ya minimuma endirməyi təklif edirik.
Publika.az oxucuları beynin qocalmasını sürətləndirən 3 səbəblə tanış edib.
Zərərli vərdişlər
Həddən artıq duz, alkoqol, siqaret və sair zərərli qidalanma vərdişləri həqiqətən də qocalığı yaxınlaşdırır və bu, şişirdilmiş fakt deyil. Bütün bunlar damarlara mənfi təsir edir, bu isə beyində qan dövranını zəiflədir. Amma neyronlara və sinapslara ən güclü zərbəni marixuana vurur.
Con Hopkins Universitetinin amerikalı alimləri və Kaliforniya Universitetinin professorları 9 yaşdan 105 yaşa qədər olan 30 min nəfərin üzərində apardığı tədqiqatın nəticələrini “Journal of Alzheimer” jurnalında dərc edib. Araşdırmanın nəticələrinə əsasən, yaşlanmağın əsas amilləri müəyyən edilib.
Məlum olub ki, mariuxana beyinə demək olar ki, şizofreniya kimi dağıdıcı təsir göstərir. Odur ki, marixuana sağlam beyinin və güclü bir yaddaşın əsas düşmənləri siyahısında ikinci yer tutur.
Stress
Nənələr və analar həmişə təkrar edir ki, bütün xəstəliklərin səbəbi əsəb və stressdir. Müasir elm adamları və psixoloqlar bu fərziyyəni təsdiqləyir. Məlum olub ki, stress hormonu kortizol beynin həcmini azaldır və yaşlanmasını sürətləndirir. Yüksək səviyyəli kortizol limbik sistemə, xüsusilə məlumatların yadda saxlanması və unudulmasına görə məsuliyyət daşıyan hipokampusa zərər verir. Hipokampusun zədələnməsi beynin kortizolun təsirlərinə qarşı təsirini zəiflədir və zamanla beynin digər hissələri də stressdən əziyyət çəkir. Beləliklə, “baş kompüter”in yaşlanması sürətlənir.
Tənbəllik
Biz sizi həftə sonlarında divana uzanıb televiziya şoularına baxmaqdan yayındırmırıq. Ancaq bu cür vaxt itkisi təkcə köklüyə deyil, həm də erkən qırışların yaranmasına yol açır. Faktiki olaraq, fiziki və intellektualın stressin olmaması, beynin, dolayısı ilə bütün bədənin yaşlanma prosesini sürətləndirir. Bunun qarşısını almaq üçün faydalı məşğuliyyətlər və ya xarici dil kursuna yazılın. Daha dəqiq desək, yeni bacarıqların əldə edilməsi prosesi beynin neyron əlaqələrini gücləndirir, idman isə qan dövranını yaxşılaşdıraraq beyni müsbət hormonlarla təmin edir.