Hüseyn Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Sumqayıt şəhər sakini Hüseyn Hüseynov cavab verib. İttihama görə, hadisə 2010-cu il dekabrın 6-da qeydə alınıb. Sumqayıt sakini 43 yaşlı Hüseyn Hüseynov münaqişə zəminində həmyerlisi Həsən Həsənovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə isə H.Hüseynovun qonşu evə gələn elektrik enerjisini oğurlaması üstündə baş verib. Belə ki, Hüseyn mərhum Həsən Həsənovun evinin yaxınlığında yerləşən, sahibi Rusiyada yaşayan evə gələn elektrik xəttindən öz evinə işıq aparırmış. Həsən ona dəfələrlə irad tutsa da, nəticə olmayıb. Hadisə günü də Həsənlə Hüseyn bununla bağlı mübahisə edib. Aralarında yaranan mübahisə zamanı isə Hüseyn ona 22 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Məhkəmənin hökmü ilə H.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. kaspi.az
Qonşusunu qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb
•
848