Qrip təhlükəsi: infeksiyanın yayılması mövsümlə bağlıdır

826

“Havaların kəskin şəkildə dəyişməsi qripə yoluxma hallarını artıb.

Əhali arasında qızdırma, burun axması kimi əlamətlərlə özünü göstərən qripə yoluxma hallarına daha çox rast gəlinir. Hətta ölümcül qriplə bağlı yaranmış təşviş var ki, bu da əsassızdır”. Bu barədə modern.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müdir müavini Afaq Əliyeva məlumat verib. Onun sözlərinə görə, əhali arasında kəşfiyyat xarakterli epidemioloji nəzarət aparılır. Bütün qripəbənzər xəstələrin qeydiyyatı aparılır: “Yanvar ayı ərzində 4744 qripəbənzər xəstə haqda məlumat verilib. Onlardan ağır gedişli kəskin respirator virus infeksiyalı 38 nəfər Taun Əleyhinə Stansiya tərəfindən analiz edilib, lakin qrip virusları aşkar edilməyib”. Qrip xəstələrinin qeydiyyatının aparılmadığını deyən Afaq Əliyeva onu da bildirib ki, bunun üçün ilk növbədə laborator müayinə zamanı həmin viruslar qeydə alınmalıdır.

Əhali arasında boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanma ilə müşayiət olunan respirator virus infeksiyalarının sayının xeyli artdığını deyən müdir müavini onu da bildirib ki, bu virusların yayılması ötən illə müqayisədə eynidir. Onun sözlərinə görə, infeksiyanın yayılması mövsümlə bağlıdır: “Xəstə vaxtında ilkin əlamətlər aşkar etdikdə hökmən həkimə müraciət etməlidir, əks halda kəskin fəsadlar verə bilər. Yataq rejimini gözləmək lazımdır. Respirator virus infeksiyası vaxtında müalicə olunmazsa, pnevmaniyaya səbəb ola bilər”.

Qeyd edək ki, xəstəliyə əsasən immuniteti zəif olan insanlar yoluxur. Siqaret çəkən, alkoqoldan istifadə edənlərin orqanizmi sözügedən viruslara daha həssas olur. Ona görə də, bu fəsillərdə zərərli vərdişlərdən qaçmaq, daha çox açıq havada olmaq məsləhət görülür. Soyuq fəsillərdə xəstəliklərə yoluxmamaq üçün immuniteti möhkəmləndirmək məsləhətdir. Qida rasionu vitaminlə zəngin olmalı, xəstəliklərə yoluxmaq halları qeydə alındıqda isə müalicəyə ciddi yanaşılmalıdır./xezerxeber.com/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər