Quşçuluq fermasında tükürpədici faciə baş verib - SUMQAYIT SAKİNİ ÖZÜNÜ ASDI

2730

Rədd edilmiş sevgi Sumqayıt sakinini ölümün ağuşuna atıb. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Abşeron rayonunun “Yaşıldərə” yaşayış massivindəki quşçuluq fermasında baş verib. Orada şəhərin 1992-ci il təvəllüdlü sakini T.P. asılmış vəziyyətdə tapılıb. Sumqayıt Şəhər Prokurorluğundan bildirilib ki, oğlanın cəsədi dekabrın 7-də səhər saatlarında aşkarlanıb.

Oğlan ailənin yeganə övladı olub. Hələlik intiharın baş vermə səbəbləri araşdırılır və buna görə də onun nədən baş verdiyini dəqiq demək tezdir.

Lakin bəzi məlumatlara görə, oğlan 40 yaşlı qadınla yaxın əlaqədə olub. Qadın cavan oğlanın sevgisinə rədd cavabı verib. Ehtimal var ki, qadının sevgiyə qarşılıq verməməsi oğlanı radikal addım atmağa vadar edib. Hələlik bu ehtimalın nə dərəcədə dəqiq olduğu araşdırılır.

O da məlum olub ki, yaxınları dəfələrlə oğlanı sözügedən qadınla əlaqələrdən çəkindirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Böyük ehtimalla, özündən 14 yaş böyük qadına olan eşq və ehtiras cavan oğlanı ölümə təhrik edib.

Read more: https://sputnik.az/incidents/20181207/418286575/ailenin-tek-ovladi-intihar-edib.html

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər