Türkiyədə tutularaq Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayev “İnterpol” xətti ilə saxlanılıb.
Lent.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, Hüseyn Abdullayev Türkiyədə “İnterpol” vasitəsilə saxlanılıb və Azərbaycan DİN və Baş Prokurorluq əməkdaşlarına təhvil verilib. Bakıya gətirilən H.Abdullayev hazırda Baş Prokurorluqda ifadə verir.
Qeyd edək ki, H.Abdullayev barəsində Azərbaycan CM-nin 213.2.2 maddəsi üzrə (Külli miqdarda vergidən yayınma) cinayət işi qaldırılıb. O, uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub və H.Abdullayev DİN tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. Daha sonra bununla bağlı “İnterpol”un səhifəsində məlumat yerləşdirilib.
Xatırladaq ki, H.Abdullayev sosial şəbəkələrdə Almaniyada yaşadığını və bu ölkədə siyasi sığınacaq aldığını qeyd etmişdi.
****** 23.10
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.
O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.