Karate üzrə dünya çempionu Rafael Ağayev prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, idmançı özü bu barədə “İnstagram” hesabında paylaşım edib.
Ağayev həmçinin general-polkovnikə qəbula görə təşəkkür edib: “Hörmətli genera-polkovnik Bəylər Eyyubova təşəkkür edirəm. Mən həmişə idmanda və idmandan kənarda etimadı doğrultmağa çalışıram”.