Rafael Ağayev “Samsung”un yeni layihəsində – FOTO

2386

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan “Samsung” şirkəti yeni layihəyə başlamağı qərara alıb.

Layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı “Samsung” məhsulları ilə dəyərləndirməkdir. Bu layihə çərçivəsində “Samsung” şirkəti dünya karatesinin tanınmış siması, dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayevə yeni məhsulu – “Samsung Galaxy S9” mobil telefonunu – təqdim edib.

Rafael Ağayev Azərbaycanın idman şərəfini dünyada layiqincə qoruyan idmançılardan biridir. Uzun illər karatedə mümkün bütün titulları qazanan idmançımız saysız-hesabsız yarışlarda çempionluq sevinci yaşayıb, dəfələrlə Azərbaycan himnini səsləndirib.

Rafael Ağayev bu layihəyə görə “Samsung”-a təşəkkür etdi:

“Mən çox şadam ki, “Samsung” məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir”.

Yeni telefona gəldikdə isə, idmançı fikirlərini belə bölüşüb:

“Bu model haqqında mətbuatdan oxumuşdum. Kifayət qədər yeni maraqlı funksiyaları özündə cəmləşdirir. “Samsung Galaxy S9” bərk korpusa malikdir, suya davamlılığı var. Bu mənada hətta məşqdə olanda belə telefonu özümdə saxlamaq imkanı olacaq. İdmançı kimi hər bir şeydə yüksək keyfiyyət və gücə önəm verirəm.

Həmçinin, “SLOW MOTION” funksiyası olan kamerasını qeyd etmək istərdim. Telefonda keyfiyyətli kamera ən vacib amillərdən biridir. Bu cür kamera ilə məşqdə hərəkətlər, zərbələri dəqiqliklə çəkmək olur. Real həyatda olduğu kimi alınır”.

Qeyd edək ki, “Samsung” şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər