Rafael Ağayev və Olimpiya çempionlarımız futbolda qalib oldular – FOTO

1465

Bakıda Xüsusi Olimpiya Hərəkatının əlli illiyi ilə bağlı tədbirlər silsiləsi davam etməkdədir.

Oxu.Az xəbər verir ki, bu gün bu münasibətlə Bakı İdman Sarayında xüsusi futbol matçları keçirilib.

Belə ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, karateçimiz Rafael Ağayev, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov və Güləş Federasiyasının Yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev də bu futbol matçlarına iştirakçı kimi dəvət olunub.

Lakin bu matçda futbol veteranımız İsgəndər Cavadov iştirak edə bilməyib. Buna səbəb “Qarabağ” futbol klubunun təşkil etdiyi formanın əyninə gəlməməsi olub. Bu üzdən Cavadov dar formada oynamaq istəməyib.

Matçlara gəlincə, Azərbaycan komandası həm Dünya, həm də Avropa Xüsusi Olimpiya Hərəkatının futbolçularını məğlub edərək çempion olub. Lakin mükafatlandırma mərasimində qonaqpərvərlik nümunəsi olaraq qızıl medallar Azərbaycana yox, Dünya komandasına verilib. Azərbaycan komandasının boynundan isə bürünc medallar asılıb.

Səb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər