Ötən gün “karatenin brilliantı” Rafael Ağayev 33 yaşını qeyd edib.
5 dəfə dünya, 10 dəfə Avropa çempionu olan həmyerlimizin xoş gününə yaxın dostları və tanınmış idmançılar qatılıb.
Məclisdə güləş üzrə 3 qat Dünya çempionu Hacı Əliyev, azərbaycanlı K-1 ustası, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov, millət vəkili Adil Əliyev, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Rafael Ağayevin məşqçisi Füzuli Musayev, Azərbaycan dövlətinin ilk karate üzrə çempionu İlyas Xəlilov, BAKU.WS xəbər saytının təsisçisi Orxan Məmmədov, Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti Fərid Əsgərov, boks üzrə dünya çempionu Fariz Məmmədov, Rusiya əsilli Azərbaycan taekvondoçusu, Olimpiya və Dünya çempionu Radik İsayev, Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti Rəhman Hətəmov, karate üzrə veteran idman ustası Yaqub Hüseynov, tanınmış teleaparıcı Hacı Nuran və digərləri iştirak edib.
Rafael Ağayevin ad günündə idmançıların şıdırğı rəqsi xeyli marağa səbəb olub.
Məclisdən eksklüziv görüntüləri təqdim edirik:
Şahin
BAKU.WS