Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Xəbəri DİN-dən təsdiqləyiblər.
Səhlab Bağırov
Zaur Abdullayev