Səhnələrdən uzaq düşən xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə maraqlanmaq üçün Moderator.az-ın əməkdaşı onunla əlaqə saxladı. Zəngə cavab versə də, səsindəki tutqunluq, nasazlıq açıq-aydın bəlli olurdu. “Necəsiniz? Özünüzü necə hiss edirsiniz?” sualına Ramiz müəllim çətinliklə, “yaxşıyam”, desə də, inandırıcı olmadı:
“Müalicələr var. Bir az xəstəyəm, yaxşı danışa bilmirəm. Gəlib-gedənlər var, sağ olsunlar. Dövlət tərəfindən dəstək də var. Çox sağ olun siz jurnalistlər də maraqlanırsınız. Allah köməyiniz olsun. Bircə istəyim var, yaşamaq istəyirəm. Ölmək istəmirəm….Çətindir mənə bu söz…”