Ramiz Hüseynov: Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur

765

“Ölkə Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı növbəti on il üçün qarşıya qoyulmuş strateji məqsədləri və hədəfləri müəyyənləşdirmiş oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
R.Hüseynovun fikrincə, iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayan Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur: “Dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edəcək proqram dövlətin idarə olunmasında risklərin azaldılmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına yol açmaqla yanaşı, ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyənləşdirəcək. Gələcək perspektivdə dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olan müasir dünyada güclənən rəqabətə hazır olmaq üçün hər bir ölkənin əsas prioriteti yüksəkrəqabətli insan kapitalı formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün təsdiq olunmuş sözügedən Milli Prioritetlər XXI əsrin tələblərinə uyğun təhsilin qurulması, yaradıcı və innovativ cəmiyyətin formalaşdırılması, vətəndaşların sağlam həyat tərzinin qorunması kimi ali məqsədləri hədəfləyir və ölkəmizin yaxın gələcəkdə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevriləcəyindən xəbər verir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər