Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı.
***
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.
Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.
Təklif qəbul olunub və səsverməyə qoyularaq Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.Unikal.org