Rasim Balayevdən doğum günü ETİRAFI: “Allahla üz-üzə gəlsəm…” – VİDEOMÜSAHİBƏ

308

“Dünyanın ən böyük rejissoru Allahdır. Verdiyini yavaş-yavaş alır. Amma həmişə Allaha dua edirəm. Mən kim idim ki? Bu taleyi O mənə verdi. İnsanların içində ola bilsin ki, məni 10-15 adam tanıyacaqdı, amma elə bir sənət verdi ki, indi camaat tanıyır. Bəzi adamlar döşünə döyür ki, mən belə, mən elə… Ə, sən kimsən? Sən heç nəsən, bir qum dənəsisən. Allahın qisməti var. Dediyim odur ki, birdən-birə mənə qarşı məhəbbət oyatdı. Bunlar elə şeylərdir ki, pulla, heç nəylə alınan şeylər deyil. Allahıma təşəkkürümü bildirirəm…” – bu sözləri doğum gününü qeyd edən xalq artisti, tanınmış aktyor Rasim Balayev söyləyib.

Milli kinomuza bənzərsiz obrazlar bəxş edən sevilən aktyor Allahın ona lütf etdiyi ömür payına görə şükranlığını ifadə edib.

“Artıq qocalığa doğru gedirəm”, – deyən illərin sənətkarının Yenicag.az-a videomüsahibəsini təqdim edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər