Rayonlarda işləməyə polis tələb olunur – ŞƏRTLƏR

967

Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, boyu  165 santimetrdən yuxarı kişi və 160 santimetrdən yuxarı olan qadınlar iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin aprel ayının 1-dən may ayının 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

 

– şəxsiyyət vəsiqəsi;

– ali təhsil haqqında diplomun əsli;

– hərbi bilet  ;

–  əmək kitabçası;

Əlavə məlumat almaq üçün (012)590-92-21, (012)590-91-47,  (012)590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərsiniz.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər