Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında Sumqayıt təhsilinin fərqləndiyini vurğulayan bir paylaşım edib.
sumqayitxeber.com paylaşımı təqdim edir:
“Sumqayıt təhsili hər zaman fərqlənib!
Dünən gözəl və istedadlı gənclərimizin biri ilə görüşdüm. Qeyd edək ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) iki nəfər toplayıb. Sevindirici haldır ki, iki şagirddən biri Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Rafiq oğludur.
O öz təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətindədir. Biz şagirdimizi, onun müəllimlərini, valideynlərini ürəkdən təbrik edir və bundan da yüksək nailiyyətlər arzulayırıq”.

Müzakirə qapadılmışdır.