Sumqayıtlı şagird ABŞ-nin nüfuzlu ali məktəbinə qəbul olub

159

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Devidson Kollecinə tam təqaüdlə qəbul təklifi alıb.

Bu barədə “Azərbaycan müəllimi”nə RTİ-dən məlumat verilib.

Qeyd edilib ki, Zeynəb Məhəmmədli elmi nailiyyətləri ilə seçilən istedadlı şagirdlərdəndir. O, 2023-cü ildə Respublika fənn olimpiadasında fizika üzrə gümüş medal, 2024 və 2025-ci illərdə isə qızıl medallar qazanıb.

Bundan əlavə, 2025-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafata layiq görülüb, Səudiyyə Ərəbistanında keçirilən Asiya Fizika Olimpiadasında (APhO) həvəsləndirici mükafat əldə edib. 2026-cı ildə Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında bürünc medal qazanıb, 2026-cı ildə isə Respublika fənn olimpiadasının gümüş medalçısı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər