Rəngarəngliyin fəsadları

3951

Müasir münaqişələr yer üzündə qeyri-sabitliyin aparıcı amillərdən birinə çevrilmişdir. Mənşəyinə və xarakterinə görə rəngarəng olan münaqişələr arasında etnik və ərazi münaqişələri xüsusi yer tutur. Onlar mürəkkəb, dolaşıq, üzücü və çətin həll olunan münaqaşilər sırasına daxildir.

Tarix göstərir ki, etnik və ərazi kolliziyaları, miqyasına, davamlılığına və intensivliyinə görə bir çox sosial, siyasi və dini münaqişə tiplərini üstələyir. Qafqaz dünyanın unikal, etnik cəhətdən mozaik bir regionudur. Bu gün burada 50- dən artıq etnosların nümayənələri yaşaşır. Təəssüf ki, etnik- ərazi münaqişələrinin separatizmlə müşayiət olunmasını göstərən qüvvələr ümumi olaraq Cənubi Qafqaz regionunun, xüsusi olaraq Azərbaycanın inteqrasiyası və hərtərəfli inkişafı üçün əsas maneədir. Zira, etnik- ərazi münaqişələri polietnik region olan cənubi Qafqaz üçün xüsusi təhlükə yaradır. Aydındır ki, Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının ilk səbəbi Ermənistanın Azərbaycana ərazi iddialarıdır.

Bu təcavüzkar etnik- ərazi münaqişəsi, bütün Qafqazı əhatə etmiş, regionda təhlükəli meyllərə təkan vermiş və qeyri regional problemə çevrmişdir. Bu gün separatçılar kimi göstərilən etnik ekstremizm bütün cənubi Qafqaz üçün əsl bəlaya çevrilmişdir. Maraqlıdır ki, erməni tərəf Azərbaycan torpaqlarına ərazi iddialarını Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə şüarı altında əsaslandırmağa çalışır. Lakin qeyd edilməlidir ki, millətlərin özünütəyinetmə hüququ, heç də ayrılmaq hüququ və ya separatizmlə eyniyyət təşkil etmir. Eyni ərazidə yaşayan etnosların bir-birinə nifrəti heç vaxt özbaşına olaraq təbii şəkildə yaranmır. Bu nifrətin kökünü və onu doğuran səbəblərdən ən başlıcası torpaq üstündə bir-birləri ilə apardıqları çəkişmələrdir. Etnik- ərazi münaqişələrinin qarşıdurmasında daxili faktorla yanaşı xarici qüvvələr, geopolitik rəqabət də müəyyən rol oynayır. Etnik- ərazi münaqişələri demək olar ki, hamısı əvvəlcə lokal xarakter daşıyır, məhdud bir ərazini ehatə edir, sonra isə öz oxundan çıxaraq, beynəlxalq problemə çevrilir. Bu münaqişələrin həll olmaması Qafqaz ölkələrinin iqtisadi vəziyyətinə, qlobal və regional əlaqələrinin sərbəst inkişafına mənfi təsir göstərir, onlara öz potensialını tam realizə etməyə imkanı vermir. Bu səbəbdən cənubi Qafqaz ölkələri etnik və ərazi problemlərini özləri həll etməsələr, hegemon dövlətlər köklü geosiyasi transformasiyalar şəraitində, onların maraqlarını təmin etmədən, problemi öz mənfəətləri əsasında həll edəcəklər. Təbii ki, nəticəni təsəvvür etmək elə də çətin deyildir…

İlham Quliyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər