Rəsulzadənin nəvəsi: "Həmin vəzifəli şəxs bir şey tapmadıqda Novxanıda..."- Müsahibə

1365

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə yadigarı, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadə BiG.AZ-ın suallarını cavablandırıb.

– Bilirsiniz ki, cənab prezidentimiz 2018-cı il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. İlk öncə bu qərara münasibətinizi bilmək istərdik?

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - Müsahibə

– Bu qərar vaxtında və yerində verilən qərardır. Cənab prezidentimizə verdiyi gözəl qərara görə öz təşəkkürümü bildirirəm. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən danışılacaq. Düşünürəm ki, dünyanın qabaqcıl dövləti kimi 100 illik yubleyimiz layiqincə qeyd ediləcək. Arzu edərdim ki, Azərbaycanın əzəli problemi olan Dağlıq Qarabağ münaqişəsi bu il öz həllini tapacaq.

– Babanız siyasətə yaxın şəxsiyyət olub. Sizi siyasətdən uzaq salan səbəb nədir?

– Babam Məhəmməd Əmin Rəsulzadə siyasət aləminin nəhənglərindir. Onun ilk dəfə rəsmini atamın xalası oğlunun emalatxanasında görmüşəm. Babamın şəkilini görəndə mən təəccübləndim. Çünki Sovet dövründə onun adının çəkilməsi belə qadağandır. Uşaqlıqdan babam haqqında evdə danışılırdı. Nənəmlə yazışmalarını görmüşdüm. Əslində siyasətdən nə siz nə də mən uzaq deyilik. Sadəcə hər kəsin öz sevdiyi sənəti var. O sənətlə də hər birimiz dövlətimizə xidmət göstəririk. Belə bir ifadə var ki, sən siyasətlə məşğul olmasan da siyasət səninlə məşğul olacaq. Mən çəkdiyim rəsmlərlə Azərbaycanımızı siyasi, bədii, ekoloji şəkildə tərənüm edirəm. Mənim bir müəllimim var idi. O hər zaman deyirdi ki, insan üçün önəmli olan vətən və onun tarixidir. Siyasətlə məşğul olmaq üçün partiya yaratmaq lazımdı. Müəyyən maliyyə olmalıdr. Ona görə də hər kəs öz işi ilə məşğul olması daha məqsədə uyğundur.

– Dövlətimiz sizə göstərdiyi qayğıdan razısınızmı?

– Cənab prezidentimizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bilirsiniz ki, bu yaxınlarda dövlət hesabına Almaniyada 2 dəfə əməliyyat olunmuşam. Çox yüksək səviyyədə müalicəm olundu. Hələ ulu öndərimiz Heydər Əliyev həyatda olanda mənimlə tez-tez əlaqə saxlayır, nəyəsə ehtiyacımın olub-olmamağı ilə maraqlanırdı.
Amma arzumdur ki, babaımın haqqı geri qaytarılsın. Yəni Məhəmməd Əmin Rəsulzadə represiyanın qurbanı olan zaman 3 evimiz və Novxanıdakı bağımız əlimizdən alınmışdı. Bəraət qazandıqdan sonra o evlərimiz geri qaytarılmadı. İstərdim ki, o evlərimiz geri qaytarılsın. Bundan əlavə məni görən insanların bir çoxu babamın heykəli ilə maraqlanır. Türkiyədə yüksək vəzifəli şəxs Bakıya gəlmişdi. O, Məhəmməd Əmin Rəsulzadənin nişanələrini axtarırdı. Həmin vəzifəli şəxs bir şey tapmadıqda Novxanıda Məhəmməd Əmin Rəsulzadənin atasının qəbrini ziyarət etmişdi. Bu gün babamın evində hansısa ərəb şirkəti təlim keçir. Azərbaycana gələnlər babamın nişanələri ilə maraqlanır.

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - Müsahibə

– Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması ilə bağlı dövlətə müraciət etmisinizmi?

– Heykəlin qoyulması tək mənim yox hər bir azərbaycanlının marağında olmalıdır. Mən bir gün həyatda olmayacam. Bu ictimai məsələdir. Müxtəlif müzeylər var. Amma niyə Məhəmməd Əmin Rəsulzadənin ev müzeyi olmasın? Bu Azərbaycanın şanlı səhfəsidir. Rəsulzadənin ev muzeyinin yaradılması üçün ziyalılar, jurnalistlər həmrəy olmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik dövlət idi. Bilirsiniz o dövrdə vəziyyət çox ağır idi. Azərbaycana o dövrdə müstəmləkə dövləti kimi baxılırdı. Məmməd Əmin Rəsulzadənin böyüklüyü odur ki, hələ onlar 1905-1906-cı illərdən çarizimə qarşı mübarizəyə qoşulmuşdu. Bundan əlavə babam Azərbaycan Azadlıq Hərəkatının böyük ideoloqudur. Azərbaycanın dünyada hüquqi dövlət kimi tanınmağı böyük bir nəaliyyətdir və bizim qürurumuzdur.

– Babanızın qəbrini Azərbaycana gətirilməsini istərdinizmi?

– Babamın qəbrinin Azərbaycana gətirilməsi haqqında danışılır. Amma bu məsələ ilə bağlı dəqiq bir söz deyən yoxdur. Əlbəttə zəmin yaranarsa babamın qəbrinin Azərbaycana gətirilməsini istərdim. Amma Rəsulzadənin məzarının Azərbaycana gətirilməsindən öncə yaxşı olar ki, əvvəlcə onun muzeyi açılsın.

– Bu illə bağlı hansısa əsəriniz olacaqmı?

– Əlbəttə. Bu illə bağlı əsərlərim olacaq.

Aysel Yusifqızı

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - Müsahibə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər