Robot bələdiyyə sədrliyinə namizəd oldu (FOTOLAR)

1421
Dünyada ilk dəfə robot bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokiodakı Tama bələdiyyəsinə robot namizədliyini verib.
Süni intellektin seçki təbliğatı afişalarına Tamanın küçələrində rast gəlmək olur. Robotun arxasında 2014-cü ildə namizəd olub seçilə bilməyən Miçihito Matsudo dayanır. Matsudo açıqlamasında “Süni intellekt Tamanı dəyişdirəcək. Süni intellektlə təchiz olunmuş bələdiyyə sədri sayəsində tərəfsiz və balanslı siyasət aparacağıq. Rüşvətə, güzəştə, emosionallığa yer yoxdur. Robot seçilsə, 100 nəfərdən 99-u razı qalacaq” deyir.
Sakinlər isə bu təbliğatın zarafat və ya oyun olduğunu fikirləşir. Lakin bəzi yaponlar süni intellekti vəzifəsini düzgün icra etməyən insanlara qarşı yaxşı variant hesab edir.
Gülşən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər