Rövnəq Abdullayev Sumqayıtda olub

731

Xidmət və məi­şət obyektlərinin istifadəyə verildi

Netfçilər günü ərəfəsində – 17 sentyabr 2012-ci il tarixdə ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtda yeni istifadəyə verilmiş Təlim-Tədris Mərkə­zin ­də (STTM) ilk tədris ilinin başlanması, «Azərikimya» İstehsalat Birliyinin Nəqliyyat və xüsusi texnika İdarəsinin və Anbar təsərrüfatının yeni binalarının, xidmət və məi­şət obyektlərinin istifadəyə verilməsi münasibətilə ilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sumqayıtda olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, neft-kimya sənayesinin perspektiv inkişafı üçün göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illər «Azərikimya» İB-də geniş yenidənqurma və müasirləşdirmə işləri aparılmış, yeni avadanlıqların və innovativ texnologiyaların təbiqi geniş yer almışdır.

 Sumqayıtda ilk dəfə olaraq yaradılmış müasir peşə mərkəzində tədris başladı  

Aparılan yeniləşmə işləri ilə tanış olmaq üçün Birliyə gələn ARDNŞ-in və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərləri,  respublika mətbuatının nümayəndələri əvvəlcə ilk tədris ilinin başlandığı Sumqayıt Təlim-Tədris Mərkəzində təlim-tədris prosesinə və burada peşə təhsili alan tələbələr üçün yaradılmış tədris-məişət şəraitinə baxış keçirmişlər. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev  STTM-in tədris siniflərini və təlim emalatxanalarını gəzərək, Sumqayıtda ilk dəfə olaraq yaradılmış müasir peşə mərkəzində bu gün «STTM» loqolu xüsusi geyimlərdə ilk dərslərə başlamış tələbələr, onların müəllimləri və təlim ustaları ilə görüşmüş, onlara uğurlar arzulamışdır.

Burada ARDNŞ rəhbərliyinə bildirilmişdir ki, iki mərtəbəli tədris korpusuna, geniş və işıqlı, ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla təchiz edilmiş STTM-də bu il test imtahanı yolu ilə qəbul edilmiş 100 nəfər gənc müxtəlif fəhlə peşələri – aparatçı, tornaçı, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. üzrə texniki ixtisaslara yiyələnəcəklər.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini və gələcəkdə bu prosesdə gənc mütəxəssislərin də fəal iştirak edəcəyi nəzərə alınaraq STTM-də şagirdlər üçün xarici dil də tədris olunacaqdır. Hər biri 10 ay davam edəcək kurslar zamanı gələcək mütəxəssislər bilavasitə «Azərikimya»nın istehsalat sahələrində istehsalat təlimi keçəcəklər. Onlar təhsil müddətində STTM-in xüsusi tələbə geyimləri,  aylıq təqaüd və pulsuz yeməklə təmin olunacaqlar. Sonrakı illərdə texniki peşə təhsili mərkəzinə tələbə qəbulu artırılacaqdır. Burada texniki peşələrə müasir tələblər səviyyə­sində, mükəmməl yiyələnmiş gənc fəhlə kadrlar «Azərikimya» İB-nin müəssisələrində, yeni inşa edilməkdə olan Karbamid (Azot gübrəsi) zavo­dun­da və digər müəssisələrdə işlə təmin olunacaqlar.

Günün tədbirləri Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsinin yeni binasının, xidmət və məişət obyektlərinin açılı­şı ilə davam etdirilmişdir. Burada tədbir iştirakçıları 2010-cu ilin orta­la­rında yeni olaraq yaradılmış Nəqliyyat və xüsusi texnika İdarəsinin binasında və 60 yerlik yeməkxanasında nəqliyyatçılar üçün müasir tələblər səviyyəsində yaradıl­mış iş və məişət şəraiti, idarənin geniş həyətindəki istirahət güşəsi ilə tanış olmuşlar. ARDNŞ-in dəstəyi ilə son dövrlərdə Nəqliyyat və xüsusi texnika İdarəsi üçün alınmış 70-ə yaxın yeni, ümumilikdə isə 150-yə qədər maşın və xüsusi texnika üçün burada örtülü qaraj kompleksi, xüsusi bokslar və təmir emalatxanası da inşa edilmişdir.

«Azərikimya»nın yeni yaradılmış Anbar təsərrüfatına baxış yeniləşməkdə və müasir­ləş­məkdə olan Birliyin genişlənməkdə olan infrastrukturu barədə təəssüratı br qədər də genişləndirmişdir. Burada Anbar təsərrüfatının yeni tikilmiş binasında yaradılmış əmək şəraiti, mövcud standartlara uyğun olaraq inşa edilmiş, avadanlıqların və müxtəlif mate­rial­ların operativ çeşidlənməsi və keyfiyyətli saxlanılması imkanına malik, geniş bir sahə­ni tutan yeni anbar binası və qapalı anbar kompleksi Birlik üçün alınan müxtəlif təyi­natlı material­lar, xammal və  ehtiyat hissələri ilə yanaşı inşa edilməkdə olan istehsalat sahələri, o cümlə­dən hazırda tikilməkdə olan Karbamid zavodu və yaxın müddətdə tikintisinə başlanılacaq polipropilen kompleksi üçün xaricdən daxil olan qurğu və ava­danlıqların da burada xarici mühitdən qorunaraq saxlanmasına imkan verəcəkdir. Geniş ərazini tutan, abadlaşdırılmış açıq sahə isə fəaliyyəti dayan­dırılmış köhnə isteh­salat­lar­dan çıxarılmış yararlı qurğu və avadanlıqların yığılıb-saxlanılması üçün nəzərdə tutulmuşdur.

Yeni istehsalat və sosial obyektlərin istifadəyə verilməsi «Azərikimya»da davam  etməkdə olan yeniləşmə və müasirləşmə prosesi üzrə aparılan işlərin yeni mərhələsi olaraq, Birliyin ümumi fəaliyyətində, kimyaçıların əmək və məişət şəraitinin yaxşılaş­dırılmasında mühüm rol oynayacaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • saleh
    Sentyabr 18, 2012 - 12:23

    Cox sevinirik bele bir tedris merkezinin azerbaycanda olmasina ve xususen bir Sumqaytli olaraq mehz bizim sheherde olmasina.bu tip tedris muessiseleri coxdan yaradilmali idi cox yaxshi ki yaradildi.sevinirik ve DN shirketi daima musbet istiqametli yenilikleri ile bizi seviniriri Rovneq beye teshekkurler.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər