İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə R.Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.