Rövşən Rzayev: “Mehriban Əliyevanın Sumqayıt şəhərlərində yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıqlar yerinə yetirilir”

2097

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Məcburi köçkünlərə məlumat verilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısının verdiyi tapşırıqların icrası təmin edilir, məcburi köçkünlərin mənzil problemi ilə yanaşı, məşğulluğunun da təmin edilməsi üçün mühüm addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərində ən ağır şəraitdə və qəzalı binalarda yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıqlar yerinə yetirilir.

Bundan başqa, mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, yeni mənzillərə köçürülmə mərhələli şəkildə aparılır. Öncə ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin vətəndaş qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir. Qəbula gəlmək istəyənlərin müraciətləri əvvəlcədən növbəlilik prinsipi əsasında qeydə alınır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər