Rüfət Əzizov Kazan Dövlət Energetika Universitetində olub

708
Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov nümayəndə heyəti ilə birlikdə Kazan Dövlət Energetika Universitetinin 55 illik təntənəli yubiley mərasimində iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetinin rektoru Edvard Abdullazyanovla görüşüblər. Görüşdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, o cümlədən tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqatların həyata keçirilməsi, birgə praktik-innovativ laboratoriyaların qurulması, yeni məzmun hazırlığı istiqamətində müxtəlif məsələlər müzakirə olunub, həmçinin 2024-cü il üçün dəqiq birgə fəaliyyət planı hazırlanması barədə qərar qəbul edilib.
Daha sonra nümayəndə heyəti sürücüsüz elektromobillərin və dronların tədqiqi, elektrik və energetika sahəsində bacarlıqların əldə olunması, eləcə də tətbiq edilən qabaqcıl təcrübə və yanaşmalarla bağlı Kazan Dövlət Energetika Universitetinin mühəndislik laboratoriyalarında, innovasiya mərkəzlərində və kafedralarında olaraq orada gedən yeni texnoloji proseslərlə yaxından tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər