Rusiya: harada iş-güc yiyəsi olmaq asandır?

1474

Superjob.ru portalı Rusiyanın karyera üçün əlverişli şəhərlərinin reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq oktyabrın 1-dən 10-na qədər 37 şəhərdə yaşı 18-dən yuxarı 500 min nəfər arasında aparılmış sorğuya əsaslanır.

Nəticələrə əsasən, Moskvada yaşayan respondentlərin 74%-i paytaxtı öz karyerası üçün ən yaxşı şəhər hesab edir.

Sankt-Peterburq əhalisinin 72%-i, Tümen sakinlərinin 66%-i öz şəhərini karyera qurmaq üçün ən yaxşı yer kimi qiymətləndirir.

Yekaterinburqda əhalinin 59%-i, Krasnodarda 57%-i, Kazanda 55%-i, Ufada 49%-i, Nijni Novqorodda və Novosibirskdə 48%-i, Rostov və Krasnoyarskda 46%-i, Samara və İrkutskda 45%-i öz şəhərini karyera üçün əlverişli sayır.

Ən aşağı göstərici Omsk və Tolyattidə qeydə alınıb. Bu şəhərlərin sakinlərinin yalnız 16%-i yaşadıqları yerdə karyera qurmaq üçün nikbinlik ifadə edib.

Volqoqradda əhalinin 18%-i, Kirov və Novokuznetskdə 20%-i, Saratovda 23%-i, Lipetsk və Ulyanovskda 25%-i, Həştərxanda 27%-i şəhərini karyera qurmaq üçün yaxşı yer sayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər