Rusiya hökuməti istefaya gedib.
“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.
“Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb.
O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır.
“Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, – deyə Medvedev əlavə edib.
Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.