Rusiyada azərbaycanlı zavod direktoru vəfat edib.
Oxu.Az–ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
37 yaşlı Elvin Məmmədov adlı soydaşımız ürəktutmasından dünyasını dəyişib.
E.Məmmədov Saxa-Yakutiya Dövlət Məclisinin üzvü, Saxa Azərbaycanlılarının Diaspor Təşkilatının başçısı, tanınmış xeyriyyəçi Əliş Məmmədovun oğludur.