Ukraynanın Kiyev vilayətinin Bovarı rayonunda gedən hərbi əməliyyatlar zamanı rusiyalı polkovnik A. Zaxarov öldürülüb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Həmçinin batalyon-taktiki qrupun şəxsi heyəti və texnikası itkilərə məruz qalıb.
Bu səbəbdən diviziyalar geri çəkilməyə və müdafiə pozisiyasına keçməyə məcbur olub.
İdarə A. Zaxarovun öldürüldüyü anın görüntülərini də yayıb. “Qafqazinfo”