“Ruslar Mariupoldan 5 minə qədər uşağı çıxarıblar”. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Mariupolda ağır vəziyyət yaranıb.
– Mən hələ Rusiya hakimiyyətinin və rus hərbçilərinin Mariupoldakı qəddarlıqlarından danışmıram. Burada iki mürəkkəb məsələ var. Birincisi, mülki əhali ilə bağlıdır. Orada nə qədər insanın öldüyünü heç kim bilmir. Bizim sayəmizdə bölgədən yüz minlərlə insan çıxarıldı. Bir neçə on min sakin isə Rusiya Federasiyasına aparılıb və onların taleyinin necə olmasını, sənədlərinin harada olmasını bilmirik. Həmin vətəndaşlarımızın arasında bir neçə min uşaq da var idi. Biz bunu bilirik, amma o uşaqların konkret harada olması və taleləri barədə hələlik məlumatsızıq, – prezident deyib.