Sabah Bakıda 29, bölgələrdə 25-30 dərəcə isti olacaq

277

Azərbaycanda mayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 24-29° isti olacaq. Atmosfer norma daxilində – 760 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər