Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
“APA” xəbər verir ki, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci mikrorayonlarında, eləcə də Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.