Sabahdan başlayaraq fevralın 20-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
Bu barədə “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsidir.