Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq

958

“WhatsApp”ın yaradıcıları daha bir funksiyanın tətbiqinə başlayır.

RİA Novosti -nin xəbərinə görə, bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.

Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranacaq.

İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılacaq. Sorğu 3 gün ərzində aktiv olacaq.

Yeni funksiya sabahdan fəaliyyətə başlayacaq və bir neçə gün sonra hər kəsin istifadə etməsi mümkün olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər