“Sumqayıt” klubunun hücumçusu Sabir Allahquliyev sportinfo.az saytına müsahibəsində həm, komandasının hazırlıq mərhələsini necə keçirdiyi haqqında fikirlərini bildirib, həm də “Sumqayıt”ın Topaz Premyer-Liqasındakı şansını dəyərləndirib.
– Təlim-məşq toplanışı necə gedir?
– Pis deyil, hər şey normaldır, hər şey yüksək səviyyədədir.
– Səncə, bu təlim-məşq toplanışı “Sumqayıt”a nə kimi xeyir verəcək?
– Bilirsiniz, əslndə belə təlim-məşq toplanışları adətən ölkə xariclərlərində olur, amma vətəndə də pis getmir (gülür). Hazırda zədəliyəm, ayağımda kiçik problem var. İnşallah, 2-3 günə mən də kollektiv məşqlərə qoşulacam.
– Qış transfer pəncərəsində hansısa klublardan təklif almısanı?
– Xeyr, heç kimdən təklif almamışam. Hələ ki, “Sumqayıt”dayam maya qədər də bu klubla müqaviləm var. Çalışacağam ki,müqavilə müddətim başa çatana kimi komandama xeyir verim.
– Başqa klubların futbolçuları kimi, ölkə xaricində təlim-məşq toplanışı keçmək istərdinmi?
– Əlbəttə, mən də istərdim ki, Antaylada təlim-məşq toplanışı keçək. Yaxud, olmasın Antalya, olsun başqa bir ölkə. Ölkə xaricində təlim-məşq toplanışı keçmək daha xeyirlidir. Komanda sanki onda daha yaxşı motivasiya olur.
– “Sumqayıt”ın ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsən?
– Bizi qarşıda 4 çətin oyun gözləyir. İki oyunda qalib gəlib, iki oyunda heç-heçə etsək ilk “alıtlıq”da olacağıq.
– Səncə, “Sumqayıt”dan sürpriz gözləmək olar?
– Biz sürprizlərlə dolu olan komandayıq (gülür). İnşallah, çalışacağıq ki, istəyimizə nail olaq.
– İlk “altılığ”a düşəcəyiniz təqdirdə “Sumqayıt”ın qarşısına qoyulan məqsəd nə olacaq?
– Əgər ilk “alıtlığ”a düşsək, yalnız və yalnız avrokuboklar uğurunda mübarizə aparacağıq.
Hidayət QURBANOV