“Sağlam Düşüncə” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 30 may – 30 iyun tarixində Tütünsuz aylıq keçirir. Aylıq “Sağlam Düşüncə” Gənclər Təşkilatının “NO SMOKİNG” sağlam həyat tərzi kampaniyası çərçivəsində 31 may Ümümdünya Tütünsüzlük günü ilə əlaqədar təşkil olunub.
Aylıq çərçivəsində 24 iyun 2009 tarixində Bakı şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Yaşıl Velosipedçilər Klubu və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının təşkilatçılığı ilə Velo-yürüş keçirildi.
Velo-yürüş 19.00-da Gənclik metrosunun qarşısından start götürdü və Velo-yürüşçülər ilk olaraq saat 20.00-da Səməd Vurğun parkında toplaşdılar. Parkda istirahət edən şəhər sakinlərinə kamapaniya haqqında məlumat verən velosipedçilər yürüş boyu İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən siqaretin zərərləri və ondan qurtulmanın yolları haqqında məlumatları özündə əks etdirən hazırlanmış bukletlər və informasiya blütenlərini yaydılar. Velosipedçilər yürüşü aşağıdakı marşrut üzrə davam etdirildi.
*Səməd Vurğun parkı
*Hökumət evi
*Dənizkənarı milli park
*Qız qalası
*Sabir Bağı
*Nizami metrosu
*Atatürk Parkı
*Zorgi Parkı
*Gənclik Parkı
*Gənclik metrosu
“Sağlam Düşüncə” Gənclər Təşkilatı artıq 2009-cu ilin oktyabr ayından “NO SMOKİNG – Sağlam həyat tərzi kampaniya”sını həyata keçirir. Kampaniyanın əsas məqsədi gənclər arasında tütün əleyhinə təbliğat aparmaq və tütünlə mübarizədə gənclərin advokasi kampaniyasını təşkil etməkdir.