Sağlamlıq imkanı məhdud şəxslərin Sumqayıt gəzintisi -FOTOLAR

3048

 

Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin sosial problemlərin həllinə dəstək” layihəsini uğurla icra edir.

Qeyd edək ki, VMİB-in icra etdiyi bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin, şəhid ailələrinin hüquqi maarifləndirilməsi, onların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaqdır.

Layihədə nəzərdə tutulan əsas tədbirlərdən biri də əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, eyni zamanda cəmiyyətin əlillərə diqqət və qayğının artırılması məqsədi ilə mədəni-kütləvi tədbirlərin təşkili, bu insanların şəhərin görməli yerlərinə, park və xiyabanlarına gəzintisinin təşkili idi. Bu məqsədlə Birliyin təşəbbüsü ilə Saray qəsəbəsində yerləşən əqli qusurlu uşaq internat evindən 25 nəfər sağlamlıq imkanlı məhdud olan uşağın Sumqayıt şəhərində Heydər Parkında, Nəsimi Parkında gəzintisi təşkil olundu. Sonda isə “Bakı” şadlıq evində əlil uşaqlar üçün çay süfrəsi təşkil olundu.

Yerli QHT fəalları, media təmsilçiləri də tədbirə qoşuldular. Belə tədbirlər davam etdiriləcək və ümid edirik ki, bu tədbirlər cəmiyyətin diqqətini bir daha bu bu unsanlararın problemlərinin həll olunmasına və onların daha sıx şəkildə cəmiyyətə inteqrasiya olunması vacibliyinə yönəldəcək.

Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi 2006-cı ildə yaradılmış və Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır. Birlik yarandığı vaxtdan müxtəlif mövzularda 10-dan artıq layihə icra etmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər