Sakit! İmtahan gedir

662

«Azərikimya» İstehsalat Birliyində çalışan işçilərin peşə dərəcələrinin artırılması məqsədilə Birliyin Tarif-ixtisas komissiyası tərəfindən yoxlama imtahanlarının keçirilməsinə başlanıl­mış­dır.  

Son üç ildə Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə Birliyin müəssisələrində aparılan yeniləş­mə, rekonstruksiya işləri, yeni istehsalat qurğularının inşası yüksək ixtisas biliyinə və müvafiq təcrü­bəyə malik mühəndis və fəhlə kadrların yetişdirilməsi tələbini irəli sürdüyündən Birlikdə bu məsələyə xüsusi diqqət yetirilir. Respublikamızın nüfuzlu ali-texniki məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, ARDNŞ tərəfindən Sumqayıtda yeni Təlim-tədris Mərkəzi­nin tikilib, istifadəyə verilməsi və burada hər il neft-kimya sənayesinin tələbatına uyğun yüzlərlə gənc fəhlə kadrların yetişdirilməsi, Birliyin müəssisələrində çalışan mühəndis-texniki işçilərin və fəhlələrin Türkiyənin nüfuzlu neft-kimya şirkəti olan «Petkim»də vaxtaşırı olaraq uzunmüddətli təcrübə keçmələri də məhz bu diqqət və qayğıdan irəli gəlir.

Birliyin Baş mühəndisinin, texnologiya, mexanika, energetika, iqtisadiyyat, NÖC, əməyin təhlükə­sizliyi və s. üzrə  baş mütəxəssislərin daxil olduğu komissiya tərəfindən keçirilən imta­ha­nın ilk günün­də bir qrup işçinin müxtəlif sahələr üzrə nəzəri bilikləri və peşə vərdişlərinin səviy­yəsi yoxlanılımışdır.

Çoxillik iş təcrübəsinə malik operatorlar, elektrik montyorları, laborantlar, NÖC üzrə çilin­gər­lərlə yanaşı «Petkim»də uzünmüddətli təcrübə keçərək, ixtisasları üzrə müvafiq sertifi­kat­lara layiq görülmüş gənc mühəndislər, Sumqayıt Təlim-tədris Mərkəzində ixtisaslarını artırmış fəhlə kadrlar da Birliyin baş mütəxəssisləri qarşısında imtahandan keçmişlər.

Tarif komissiyasının yekdil rəyinə əsasən imtahan verən fəhlə və mühəndislərin hamısı imta­han­dan uğurla keçmiş və onların peşə dərəcələrinin artırılmasına qərar verilmişdir.

İmtahanlar üç gün davam edəcək. Yaxşı nəzəri bilik və iş təcrübəsi nümayiş etdirəcək 80 nəfərə qədər işçi artıq mart ayından etibarən daha yüksək dərəcə və vəzifə maaşı üzrə işləmək imkanı qazanacaqlar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər