Salam, Əsgər! Sumqayıta xoş gəldin!

1355
Qarşında torpağa qədər baş əyirəm, o torpağa ki, şəhidlərimiz canlarından belə keçdilər.
Qalib əsgərim, sən bizim üçün igidlik, cəsurluq simvolu olacaqsan.
Sənin şücaətin haqda poemalar, dastanlar yazılacaq, sənin adına küçələr, xiyabanlar salınacaq və sən bu xalqın yaddaşında həmişə qalacaqsan.
Qoy uca boyunu dünyanın hər yerindən görsünlər. Dostlar məğrur qamətini görüb sevinsinlər,
düşmənlər qaldırdığın o dəmir yumruğa yaxşı baxsınlar və bilsinlər ki, torpağımıza göz dikənlərin başı o yumruqla əziləcək!
Hər açılan sabaha görə sənə əbədi borcluyuq, əsgərim və qədirbilən sumqayıtlılar səni heç vaxt yaddan çıxartmayacaqlar.
Canım əsgər, bura gələn hər ana, hər ata sənin sifətinin cizgilərində öz oğlunu axtaracaq və mütləq tapacaq.Sən hər şəhid anası üçün onun ayağa qalxmış balası olacaqsan. Ana ürəyi sənin baxışlarında sonsuz bir təsəlli tapacaq.
Əsgərim, sən canlandıqca o anaları, ataları tanıyacaqsan və onları hər dəfə qürurla salamlayacaqsan.
Hər “Qələbə günü”ndə qarşından keçən minlərlə insan da dərin minnətdarlıq hissi ilə səni salamlayacaqlar, çünki bu qələbəni sən onlara bağışlamısan.
Bu xalqın şərəfini, ləyaqətini, haqqını özünə qaytardığına görə əbədi qəlbimizdə yaşayacaqsan.
İgid əsgərim, bu millət durduqca, sən də var olacaqsan.
Həyatdan ölümsüzlüyə addımlayan igid əsgərimizə əbədi eşq olsun!
Hümbət Həsənoğlu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər