Şamaxıda avtomobilin Məlhəm kəndinin girəcəyindəki məlumat lövhəsinə çırpılması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2000-ci il təvəllüdlü Şamaxı şəhər sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin 1997-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Mustafayeva Pakizə Ədalət qızı və 1999-cu il təvəllüdlü Qax rayon Tasmanlı kənd sakini Şitayeva Tavat Mehman qızı xəsarət alıb.
Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.